• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalistin şikayəti təmin edilməyib

  • 15 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Jurnalist Polad Aslanovun həbs müddətinin uzadılmasından verilmiş şikayət təmin edilməyib.

Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru olan Polad Aslanovu Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. Bu qurumun 2019-cu il iyunun 13-də yaydığı məlumata görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı Polad Aslanovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib”.

Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

Oktyabrın 5-də Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatətinə baxaraq jurnalist barəsində seçilmiş həbs qətimkan tədbirini gələn il fevralın 12-dək uzadıb.

Buna etiraz olaraq Polad Aslanovun oktyabrın 5-dən 10-dək aclıq aksiyası keçirdiyi bildirilir.

Həbs müddətinin uzadılmasından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsi oktyabrın 14-də baxıb.

Jurnalistin həyat yoldaşı Gülmira Aslanova “Turan”a bildirib ki, apellyasiya intansiyası şikayəti rədd edib, rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Həyat yoldaşının dediyinə görə, Polad Aslanov ürək-damar xəstəliyindən əziyyət çəkir və bir neçə günlük aclıq aksiyasından sonra onun səhhəti daha da zəifləyib.

Jurnalistin vəkili Osman Kazımov məhkəmə iclasından sonra jurnalistlərə bildirib ki, Polad Aslanov peşə fəaliyyətinə görə cəzalandırıldığını düşünür və özünü günahkar saymır.

Ölkəyə giriş yasağı: 4616 qərar qəbul olunub

  • 15 Oktyabr 2019
  • comments

Vəkili Əfqan Muxtarlı ilə bağlı açıqlama yayıb

  • 15 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda