• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vasim Məmmədəliyevlə vida

  • 14 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Oktyabrın 14-ü Bakı Dövlət Universitetində akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib, sonra mərhum paytaxtdakı İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Vasim Məmmədəliyev oktyabrın 13-də vəfat edib.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda anadan olub. 1964-cü ildə BDU-nun şərqşünaslıq fakültəsini bitirib, sonra Bakıda və Tbilisidə aspirantura təhsili alıb. 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində feilin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə “Müasir ərəb ədəbi dilinin feilin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1981-1991-ci illərdə BDU-nun şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993-2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.

1978-ci ildə professor elmi adını alıb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Onun ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, islam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, 41 kitabı nəşr olunub.

Alimin rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.

Vasim Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.

Allah rəhmət eləsin!

Tunisdə yeni prezident

  • 14 Oktyabr 2019
  • comments

“Yol mahnısı” və “Velosipedçinin ölümü” haqqında

  • 14 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Anım
  • Elm
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda