• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ərdoğan gəldi

  • 14 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycana səfərə gəlib. AZƏRTAC xəbər verir ki, paytaxt Bakının beynəlxalq aeroportunda ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2009-cu il oktyabrın 3-ü Naxçıvanda imzalanmış sazişlə yaradılıb, təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan daxil olub.

Bu il quruma Özbəkistan da qoşulub. Oktyabrın 15-i Bakıda keçiriləcək 7-ci zirvə görüşünə prezident Şövkət Mirziyayevin rəhbərliyi ilə Özbəkistanın nümayəndə heyəti də qatılacaq.

Oktyabrın 14-də İlham Əliyev Bakıya səfərə gələn Şövkət Mirziyayevlə görüşüb.

Bunun ardınca İlham Əliyev Rəcəb Teyyub Ərdoğanla da bir araya gəlib.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov da artıq Bakıdadır.

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev də Türk Şurasının sammitində iştirak etmək üçün Bakıya gəlib. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədridir.

Türk Şurasının yaradılması Nursultan Nazarbayevin təşəbbüsüdür. Bakı sammitinin gedişində Nursultan Nazarbayevin Türk Şurasının ömürlük fəxri sədri vəzifəsinə başlaması mərasimi olacaq.

Nursultan Nazarbayev 2019-cu ilin aprelində Türkiyə prezidentinin təşəbbüsü və üzv dövlətlərin başçılarının yekdil qərarı ilə Türk Şurasının ömürlük fəxri sədri seçilib.

1940-cı il təvəllüdlü Nursultan Nazarbayev 1989-cu il iyunun 22-dən Qazaxıstana başçılıq edib (əvvəl Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, sonra eyni zamanda Qazaxıstan SSR Ali Sovetinin sədri kimi), 1990-cı ildən prezident postunu tutub, bu il martın 20-də istefa verib.

İqtisadiyyat üzrə Nobel mükafatı 3 alimə verildi

  • 14 Oktyabr 2019
  • comments

1:1-lik qələbə

  • 15 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda