• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

REAL niyə qeydiyyat üçün müraciət etmir?

  • 11 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

2008-ci ildə yaradılmış Respublikaçı Alternativ (REAL) Hərəkatı 2018-ci ilin yazında partiyaya çevrildi, sədr postuna o zaman həbsdə olan İlqar Məmmədov seçildi.

1970-ci il təvəllüdlü İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 2018-ci il avqustun 13-dək həbsdə yatıb.

Hazırda REAL Partiyanın neçə yerli təşkilatı və nə qədər üzvü var? Partiya dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət edibmi?

Oktyabrın 11-də Novator.az-a danışan Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli qeyd edib ki, qurumun 3200-dən çox üzvü var: “Nizamnaməyə əsasən, partiya strukturu ikipilləlidir: el məclisləri, yəni yerli təşkilatlar; qurultay, Məclis, Nəzarət-Təftiş Komissiyası, İdarə Heyəti, yəni mərkəzi təşkilatlar. El məclisləri müxtəlif rayonları birləşdirir. Nizamnamədə nəzərdə tutulan 21 el məclisindən 20-si qurulub və fəaliyyət göstərir. Yalnız Naxçıvan Muxtar Respublikasında el məclisi yaratmaq hələ mümkün olmayıb, çünki o bölgədə hər hansı siyasi fəaliyyət çox müşkül məsələdir.

Qeydiyyata gəlincə, REAL-ın qurultayı ərəfəsində dövlət orqanlarına 31 dəfə rəsmi müraciət etsək də, bizə heç bir yer ayrılmadı. Qurultayımızı qanunla nəzərdə tutulmuş qaydada keçirməyə imkan verilmədi və biz görünməmiş bir üsuldan yararlandıq. REAL Partiyanın təsis qurultayı 2018-ci il aprelin 7-də internetlə keçirildi, nizamnamə, proqram və atributlar qəbul edildi, seçki komissiyası formalaşdı. Aprelin 8-də isə təşkilatın Bakıdakı ofisində gizli səsvermə yolu ilə partiyanın sədri, Məclisin sərbəst üzvləri, Nəzarət-Təftiş Komissiyası seçildi.

“Siyasi partiyalar haqqında” qanuna görə, partiya bəlli bir məkanda qurultay keçirilməsi yolu ilə təsis edilir, qurultaya Ədliyyə Nazirliyinin nümayəndəsi dəvət olunur. Bundan sonra partiya üzvlərinin sayını təsdiqləyən sənəd (siyasi partiyanın qeydə alınması üçün Azərbaycanın azı 1000 vətəndaşı onun üzvü olmalıdır – red.) əlavə edilməklə dövlət qeydiyyatına alınmaq üçün müraciət etmək gərəkdir. Bizə bu proseslərdən keçmək imkanı verilmədiyi üçün Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etmirik. Ümid edirik ki, gələcəkdə qanunvericiliyə tam uyğun qurultay keçirilməsinə imkan yaradılacaq və onda partiyanın qeydiyyatı üçün müraciətə hüquqi əsas olacaq”.

DTX 4 nəfərin həbsi barədə məlumat yayıb

  • 11 Oktyabr 2019
  • comments

Yenə Arif

  • 14 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda