• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təhsil Nazirliyi nə hesabat verir?

  • 08 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Təhsil Nazirliyi oktyabrın 7-də keçirilmiş kollegiya iclası barədə rəsmi məlumat yayıb. Edu.gov.az-ın bilgisinə görə, iclasda çıxış edən Aparat rəhbərinin müavini Yaqub Piriyev 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu proqnozunun ötən ilə nisbətən ümumilikdə 6 faiz, dövlət sifarişi ilə qəbul planının 66,1 faiz artdığını deyib: “Tələbə qəbulunda proqnoz yerlərinin 84,6 faizi dövlət, 15,4 faizi qeyri-dövlət ali təhsil müəssisələrinin qəbul planında nəzərdə tutulub. Son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 28 faiz, dövlət sifarişli yerlərin sayı 78,5 faiz artıb. 2014-2015-ci tədris ilində dövlət sifarişli yerlərin sayı qəbul planının 30,4 faizini təşkil etdiyi halda cari ildə bu rəqəm 42,4 faiz olub”.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna toxunan Yaqub Piriyev qeyd edib ki, qəbul planı ötən ilə nisbətən ümumilikdə 8,2 faiz artıb: “56 orta ixtisas təhsili müəssisəsindən Təhsil Nazirliyinin tabeliyində olan 37 kollecə tələbə qəbulu göstəricisi ötən illə müqayisədə 6,6 faiz, ölkə üzrə dövlət hesabına qəbul planı 4,6 faiz yüksəlib”.

Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdiri Rauf Orucov Nazirlər Kabinetinin 3 oktyabr 2019-cu il qərarından söz açaraq bildirib ki, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb: “Bu məqsədlə dövlət büdcəsindən cari ildə 14 milyon, növbəti ildə 42 milyon manat əlavə vəsait ayrılacaq. Bununla dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əmək haqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənir”.

Ermənistanın büdcə layihəsi açıqlanıb

  • 07 Oktyabr 2019
  • comments

8 oktyabr məzənnələri

  • 08 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Turizm hesabatı

GLOBALS:0
comments
Xəbər

Hansı xəstəliklər çox öldürür?

GLOBALS:0
comments
Xəbər

Əhali neçə yaşdadır?

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Yeni nəsil “Alo” demir ki… – “Business İnsider”

GLOBALS:0

Tags

  • Elm
  • Sosial
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Turizm hesabatı

Son materiallar

comments
Xəbər

Turizm hesabatı

GLOBALS:0
comments
Xəbər

Hansı xəstəliklər çox öldürür?

GLOBALS:0
comments
Xəbər

Əhali neçə yaşdadır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda