• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlamentə təqdimat: baş nazir dəyişir

  • 08 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli Məclisin 8 oktyabr iclasının gündəliyinə Əli Hidayət oğlu Əsədovun baş nazir vəzifəsinə təyinatına razılıq verilməsi haqqında məsələ daxil edilib.

Novator.az bildirir ki, Əli Əsədov hazırda prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiridir.

1956-cı il noyabrın 30-u Naxçıvan şəhərində anadan olan Əli Əsədov Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini vəzifələrində işləyib, 2017-ci ildə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib.

2018-ci il aprelin 21-dən baş nazir postunu Novruz Məmmədov tutur.

Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.

Konstitusiyanın 118-ci maddəsinə görə, baş naziri Milli Məclisin razılığı ilə prezident təyin edir.

8 oktyabr məzənnələri

  • 08 Oktyabr 2019
  • comments

Arif Hacılı tələb edir, İsa Qəmbər xatırladır

  • 08 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda