• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əsədov baş nazir təyin olundu

  • 08 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Oktyabrın 8-də sərəncam imzalayan prezident İlham Əliyev Novruz Məmmədovu baş nazir vəzifəsindən azad edib.

Novruz Məmmədov 2018-ci il aprelin 21-dən baş nazir idi. Bu gün onun vəzifədən getmək üçün prezident İlham Əliyevə müraciət etdiyi açıqlanıb.

Konstitusiyaya görə, baş naziri Milli Məclisin razılığı ilə prezident təyin edir.

Milli Məclis oktyabrın 8-də prezident İlham Əliyevin təqdimatına baxaraq Əli Əsədovun baş nazir vəzifəsinə təyinatına razılıq verib. İlham Əliyevin eyni gündə imzaladığı sərəncamla Əli Əsədov baş nazir təyin olunub.

1956-cı il təvəllüdlü Əli Əsədov iqtisadçıdır. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini vəzifələrində işləyib, 2017-ci ildə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib.

Novator.az bildirir ki, Novruz Məmmədov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirib. Fransız dili üzrə mütəxəssis, filologiya elmləri namizədidir.

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq fakültəsinin, 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, 2017-ci ildən həm də prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olub.

Novruz Məmmədov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri baş nazir postunda əyləşən 10-cu şəxs idi. Ona qədər baş nazir vəzifəsini Həsən Həsənov, Feyruz Mustafayev (baş nazir əvəzi), Rəhim Hüseynov, Əli Məsimli (baş nazir əvəzi), Pənah Hüseyn, Surət Hüseynov, Fuad Quliyev, İlham Əliyev, Artur Rasizadə tutub.

Köçkünlər üçün yeni yaşayış kompleksi

  • 08 Oktyabr 2019
  • comments

Bakının mərkəzində aksiya

  • 08 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda