“RİA Novosti” agentliyi Rusiyanın ən yüksək maaşlı 10 şəhərinin adlarını açıqlayıb. 2019-cu ilin ilk yarısını əhatə edən reytinq cədvəlinə ümumilikdə 65 milyona yaxın insanın yaşadığı şəhərlər salınıb.
Novator.az-ın məlumatına görə, siyahıya Moskva başçılıq edir: bu ilin ilk 6 ayında paytaxtda orta aylıq maaş 96 min 900 rubl olub.
İkinci yerdə 90,6 min rublla Yujno-Saxalinsk şəhəri, üçüncü yerdə 88 min rublla Salexard şəhəri göstərilir.
Yüksək maaşlı digər şəhərlər belə sıralanır:
Maqadan – 82,9 min rubl
Petropavlovsk-Kamçatsk – 80,4 min rubl
Surqut – 75,8 min rubl
Xantı-Mansı – 71,6 min rubl
Nijnevartovsk – 64,6 min rubl
Sankt-Peterburq – 63,8 min rubl
Tümen – 53,6 min rubl.
1000 rubl 26,3 manata bərabərdir.
Səidə Hüseynova