• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Eli Kerimli

“Bu aksiya mübarizənin bir mərhələsidir”

  • 07 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

“Bu aksiya bizim ölkəmizdə dinc və böyük mitinqlərə nail olmaq uğrunda apardığımız mübarizənin bir mərhələsidir”. AXCP sədri Əli Kərimli oktyabrın 8-də keçiriləcək piketlə bağlı “Facebook” şəbəkəsində yaydığı açıqlamasında belə deyib.

Piketin təşkilatçısı Demokratik Qüvvələrin Milli Şurasıdır. Aksiya saat 15-dən 16-dək Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin binaları arasında keçiriləcək.

Novator.az-ın məlumatına görə, Əli Kərimli açıqlamasında vurğulayıb ki, bu aksiyanın əhəmiyyətini “piketdir” deyib azaltmaq olmaz: “Biz meydanlara toplaşıb Qarabağa azadlıq tələb etmək istəyirik; biz meydanlara çıxıb seçki islahatı tələb etmək istəyirik; biz mitinq meydanlarından siyasi məhbuslara azadlıq, uşaq pulu, tibbi sığorta tələb etmək istəyirik. Ancaq xalqımızın hələlik bu imkanı yoxdur. Oktyabrın 8-i biz hökumətdən açar hüququmuzu – sərbəst toplaşmaq hüququmuzu tələb edəcəyik. Bu isə o deməkdir ki, biz rejimdən sərbəst toplaşmaq azadlığı tələb etdikcə həm də Qarabağın azadlığı, seçki islahatı, məhbusların azad edilməsi, uşaq pulu və tibbi sığorta uğrunda da mübarizə aparmış olacağıq”.

2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir.

2013-cü ildən Bakıda mitinqlər Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirilib. Burada sonuncu mitinq 2019-cu il yanvarın 19-da olub. Həmin mitinqi Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif təşkilatlara (Milli Şura, Müsavat Partiyası, Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı) orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.

Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.

Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda (28 May küçəsi) keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub, mitinq təxirə salınıb. Milli Şura gediş-gəlişin rahat olduğu meydan istəyir və 8 oktyabr piketini də bu tələblə keçirmək qərarına gəlib.

“Avroviziya 2020”: 38 ölkə iştirakını təsdiqləyib

  • 07 Oktyabr 2019
  • comments

Ermənistanın büdcə layihəsi açıqlanıb

  • 07 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda