• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavat cavab gözləyir. Yeni təklifi də var

  • 03 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Müsavat başqanının müavini Gülağa Aslanlı oktyabrın 3-də Novator.az-ın suallarını cavablandırıb.

– Müsavat Partiyası oktyabrın 12-si Bakıda 9-cu qurultayını keçirməyə hazırlaşır. Başqan Arif Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına rəsmi müraciətində 400-500 nəfərlik yer ayrılmasını istəyib, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının və Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Evinin daha münasib olduğunu qeyd edib. Həmin müraciətə reaksiya, qurultay üçün yer təklifi varmı?

– Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq, məsələni müzakirə etdiklərini və cavab verəcəklərini bildirirlər.

Qəribə mənzərə yaranıb: tutumu böyük olan yerlərin əksəriyyəti – Səttar Bəhlulzadə adına Mədəniyyət Evi, “Sevinc” və “Bakı” kinoteatrları təmirə dayandırılıb. Biz şadlıq saraylarının birində də qurultay keçirməyə hazır olduğumuzu bildirmişik. Yerin adını da göstərmişik. Hazırda bunun müzakirəsi gedir.

– Qurultayda partiya başqanı, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçiləcək. Namizədlər haqda nə deyə bilərsiniz?

– Başqan postuna partiyanın indiki lideri Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqov namizəddir. Mərkəzi Nəzarət-Təftiş Komissiyasına 6, Məclis üzvlüyünə 70 namizəd qeydə alınıb.

– Qurultayda nizamnamə və proqrama dəyişikliklər ediləcəkmi?

– Nizamnamə və proqrama təklif olunan dəyişikliklərin müzakirəsi davam edir. 60 rayon təşkilatında yığıncaqlar başa çatıb, 390 qurultay nümayəndəsi seçilib. Bu həftə 3 rayon təşkilatında yığıncağın keçirilməsi planlaşdırılıb.

– 12 oktyabr qurultayına kimləri, hansı qurum və təşkilatları dəvət etmək fikrindəsiniz?

– Dəvət məsələsi qurultaya hazırlıq üzrə təşkilat komitəsinin növbəti yığıncağında müzakirə ediləcək. Əminik ki, o vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətindən də müsbət cavab alarıq.

1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, o vaxtdan 2014-cü ilədək Müsavata İsa Qəmbər başqanlıq edib.

2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.

Müsavatın qurultay günü bilindi

Tofiq Yaqublu başqan olmaq istəyir

Yadigar Sadıqov: “Mənim başqan seçilməyim…”

İsa Qəmbər namizədlik haqda nə düşündüyünü açıqladı

Arif Hacılı iki yeri nişan verir

6-cı başqan ikinci müddətə gedir

Ermənistanda minimum əməkhaqqı artırılır

  • 03 Oktyabr 2019
  • comments

Qubad İbadoğlunun hökumətə təklifləri

  • 03 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda