• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni fond nə iş görəcək?

  • 02 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Nazirlər Kabineti Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılmasına qərar verib. Əsasnaməsinə görə, fondun məqsədi əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstəkdən ibarətdir. Qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idarə edir.

Novator.az bildirir ki, əsasnamə fondun vəsaitinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri; müəssisələrin və vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına formalaşmasını nəzərdə tutur.

Vəsaitdən bu istiqamətlərdə istifadə oluna bilər: əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması; əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanması; əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işləri; əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılması və inkişafı; əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkili və həyata keçirilməsi; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılması; əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanması və yerinə yetirilməsi.

Bu ilin iyulunda Əmək Məcəlləsində əməyin mühafizəsi fondu məsələsini tənzimləyən 221-ci maddə yeni redaksiyada verilib. Dəyişikliyə görə, Dövlət Əməyin Mühafizəsi Fondu müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına qurulur.

Əvvəlki varianta əsasən, Dövlət Əməyin Mühafizəsi Fondu həmçinin dövlət büdcəsindən ayırmalar; müəssisələrin mənfəətindən ayırmalar; əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalanmış vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi hesabına təşkil edilə bilərdi.

Manata 4,5 milyard dollar xərclənib

  • 02 Oktyabr 2019
  • comments

Bakının mərkəzində yol təzələnir

  • 02 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda