• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Taleh Bağırovun yoldaşı ilə bağlı yeni qərar verildi

  • 02 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ədliyyə Nazirliyinin İstintaq İdarəsi məhbus ilahiyyatçı Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadəyə açılmış cinayət işini xətm edib. Vəkil Fəxrəddin Mehdiyev oktyabrın 2-də Novator.az-a belə deyib.

Ədliyyə Nazirliyinin rəsmi açıqlamasına görə, Leyla İsmayılzadənin əməlinin böyük ictimai təhlükə törətmədiyi, himayəsində dörd azyaşlı uşağının olması, mövcud ailə vəziyyəti nəzərə alınaraq səmimi peşman olduğu halda barəsində cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib: “Leyla İsmayılzadə törətdiyi əməldən səmimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş edib və bu əsaslarla humanist qərar qəbul olunaraq cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib”.

Bu il martın 21-də Leyla İsmayılzadə həyat yoldaşına baş çəkmək üçün övladları ilə birlikdə Qobustan həbsxanasına gedib, yoxlama zamanı uşaqların birinin çantasından, oyuncaqların arasından mobil telefon çıxıb, araşdırma başlayıb.

Leyla İsmayılzadə sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə dəvət olunmuş, ona cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd ittihamı irəli sürülmüş, haqqında başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi.

Taleh Bağırov 2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyinin paytaxtın Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı tutulub, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə silahlanaraq hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi planlaşdırmaqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ildə Qobustan həbsxanasında axtarış zamanı Taleh Bağırovun üstündən yaddaş kartları çıxıb, 2018-ci il fevralın 13-də Qaradağ Rayon Məhkəməsi Taleh Bağırovu qadağan olunmuş əşyaların saxlanması, gəzdirilməsi, daşınması və istifadəsində təqsirli bilərək ona beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

Harinin ikinci intiharı

  • 02 Oktyabr 2019
  • comments

Rusiya: yaşlı adam internetdə nə axtarır?

  • 02 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda