• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mandat alındı

  • 02 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Mərkəzi Seçki Komissiyası oktyabrın 2-də Rafael Cəbrayılovun deputat mandatına xitam verib.

Rafael Cəbrayılov Milli Məclis üzvlüyündən bu həftə imtina edib. Parlament rəhbərliyinə müraciətində Rafael Cəbrayılov seçicilərindən və Azərbaycan ictimaiyyətindən üzr istədiyini vurğulayıb.

Son vaxtlar Rafael Cəbrayılovun vətəndaşların külli miqdarda vəsaitini mənimsəməsi, buna görə məhkəməyə verilməsi barədə xəbərlər yayılıb.

Novator.az bildirir ki, Rafael Cəbrayılov 1958-ci ildə doğulub. Hüquqşünasdır. Uzun illər prokurorluq sistemində çalışıb. Ədliyyə polkovnik-leytenantıdır.

Mərkəzi Seçki Komissiyasının 2 oktyabr qərarı ilə Milli Məclisdə boş deputat yerlərinin sayı 7-yə çatıb.

2015-ci il noyabrın 1-də keçirilmiş seçkidə 124 nəfər Milli Məclisə mandat alıb. 2016-cı il iyunun 18-də keçirilmiş təkrar seçkidə daha 1 nəfər deputat seçilib.

2017-ci ildə 14 saylı Xəzər dairəsindən deputat Mehriban Əliyeva birinci vitse-prezident təyin olunub.

2018-ci ildə 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən deputat Astan Şahverdiyev vəfat edib.

Həmin il 34 saylı Xətai dairəsindən deputat Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, 43 saylı Sumqayıt dairəsindən deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar dairəsindən deputat Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 101 saylı Göygöl-Daşkəsən dairəsindən deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postuna təyinat alıb.

Nazirliyə müraciət statistikası

  • 02 Oktyabr 2019
  • comments

5-ci səfər

  • 03 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

GLOBALS:0
comments
Xəbər

Xarici borc statistikası: il, illər

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda ömür uzunluğu (1991-2024)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Avroviziya 2026”: ilkin siyahı açıqlanıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

GLOBALS:0
comments
Xəbər

Xarici borc statistikası: il, illər

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda ömür uzunluğu (1991-2024)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda