• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkillik rəsmən bitdi

  • 01 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Oktyabrın 1-i Ali Məhkəmədə hüquqçu Yalçın İmanovun şikayəti üzrə proses keçirilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarından verilən şikayətə hakim Rahib Nəbizadənin sədrliyi ilə baxılıb. Prosesdə Yalçın İmanovu vəkil Fəxrəddin Mehdiyev təmsil edib.

Novator.az-a danışan Yalçın İmanov deyib ki, Ali Məhkəmə onun şikayətini təmin etməyib və vəkillikdən uzaqlaşdırılması barədə qərar qüvvədə qalıb: “1 oktyabr prosesi mənim ölkə daxilində sonuncu məhkəmə çəkişməm oldu. Yəni vəkillik fəaliyyətim rəsmən bitirildi. Bundan sonra mübarizəni Avropa İnsan Hüquqları Məhkəməsində davam etdirib hüquqlarımın pozulmasının tanınmasına çalışacağam”.

Yalçın İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub, siyasi məhbusların əsas müdafiəçilərindən biri kimi tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, siyasi məhbus kimi tanınan Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib. Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Gəncə İnzibati-İqtisadi Məhkəməsi ilkin baxış zamanı 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddianı icraata götürməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib.

Hüquqşünas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə də şikayət edərək Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. Məhkəmə iddiaya baxmayıb. Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qərardadı qüvvədə saxlayıb.

Ali Məhkəməyə oktyabrın 1-də baxılan şikayətdə Yalçın İmanov vəkillikdən uzaqlaşdırlıması qərarının ləğvini, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan şəxsi həyata və ailə həyatına hörmət; fikri ifadə etmək azadlığı; yığıncaqlar və birləşmək azadlığı; hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri; mülkiyyətin müdafiəsi hüquqlarının pozuntusunu tanımağı istəmişdi.

Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı

İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”

Milli Şuradan vəkillik çağırışı

Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər

Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir

Yalçın İmanov cəza qərarını ala bilmir

Yalçın İmanov prosesi Gəncədə olacaq

Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?

Yalçın İmanov Ali Məhkəməyə üz tutur

Hüquqşünasın işi yeni mərhələdə

İradəsiz kollegiya?

Yalçın İmanov prosesi təyin olunub

Yalçın İmanovun şikayətinə bu ay baxılacaq

Yalçın İmanovun şikayəti təmin olunmadı

Yalçın İmanovun şikayəti: yenə məhkəmə olacaq

Paytaxt məhkəməsi işi Sumqayıta göndərdi

Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi

Yalçın İmanov: çəkişmələr davam edir

Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı

Yalçın İmanovun işi yekun qərara gedir

Məhkəmə Yalçın İmanovun vəkilliyinə xitam verdi

Məhkəmə Yalçın İmanovun şikayətinə baxacaq

Yalçın İmanov daha bir şikayət verib

Yalçın İmanovun işi: yenə “yox”

Yalçın İmanov Ali Məhkəməyə şikayət edib

Gəncədə Yalçın İmanovun şikayətinə baxılacaq

Yalçın İmanovun vəkilliyi: məhkəmə daha bir qərar verdi

Yalçın İmanovun işi Ali Məhkəmədə

Ali Məhkəmə hüquqşünasa yox dedi

Son çəkişmə. Məsələ Avropaya gedir

“Onlara nə zaman mənzil veriləcək?”

  • 01 Oktyabr 2019
  • comments

Atatürk prospektindəki park necə yenilənib?

  • 01 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda