• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şura Bakının mərkəzinə aksiya təyin edib

  • 01 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 8-nə aksiya təyin edib.

“Amerikanın səsi” xəbər verir ki, aksiyanı Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək nəzərdə tutulur.

AXCP sədri Əli Kərimli bildirib ki, aksiyada sərbəst toplaşmaq hüququnun təmin edilməsi tələb ediləcək.

2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. O, Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzinin üzvüdür.

Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları da yer alır.

Novator.az bildirir ki, son illər Bakıda mitinqlər Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirilib. Burada sonuncu mitinq 2019-cu il yanvarın 19-da olub. Həmin mitinqi Demokratik Qüvvələrin Milli Şurası keçirib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə icazə verməyib.

Müsavat Partiyasının, Qarabağ Komitəsinin, Azərbaycan Xalq Hərəkatının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda və başqa məkanlarda aksiyalar üçün müraciətlərinə də meriyadan mənfi cavab gəlib.

Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.

Bu səbəbdən Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Meriya isə bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki təlim-idman bazasında keçirməyi məsləhət görüb.

Milli Şura bu təklifi əslində mitinqə razılıq verməmək və qanunsuzluq kimi qiymətləndirib. Əli Kərimli bəyan edib ki, onlar Lökbatanda və ya şəhərdən kənar başqa qəsəbədə mitinq keçirməyəcəklər.

Bölgələr üzrə kredit hesabatı

  • 01 Oktyabr 2019
  • comments

UEFA-nın yeni turniri necə keçiriləcək?

  • 01 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda