Mərkəzi Bank yeni hesabatlar açıqlayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, sentyabrın 1-nə kreditlərin məbləği 13 milyard 526,4 milyon manat, əmanətlərin həcmi 8 milyard 561,8 milyon manat həddində olub.
Başqa bir hesabata əsasən, sentyabrın 1-nə 1 milyard 491,3 milyon manatlıq ödəniş vaxtı keçmiş kredit qeydə alınıb.
Yanvarın 1-nə problemli kreditlər 1 milyard 585 milyon manat, fevralın 1-nə 1 milyard 569,4 milyon manat, martın 1-nə 1 milyard 574,7 milyon manat, aprelin 1-nə 1 milyard 558 milyon manat, mayın 1-nə 1 milyard 503,8 milyon manat, iyunun 1-nə 1 milyard 494,3 milyon manat, iyulun 1-nə 1 milyard 486,5 milyon manat, avqustun 1-nə 1 milyard 487,4 milyon manat həddində göstərilib.