• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakının mitinq yerləri (Rəsmi siyahı)

  • 01 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

2013-cü ildən paytaxt Bakıda mitinqlər Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilib. Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən həmin stadionda sonuncu mitinq 2019-cu il yanvarın 19-da olub. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif təşkilatlara (Demokratik Qüvvələrin Milli Şurası, Müsavat Partiyası, Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı) orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.

Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.

Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Meriya bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda (28 May küçəsi) keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub, mitinq təxirə salınıb.

Novator.az bildirir ki, Lökbatandakı stadion Azərbaycanda keçirilmiş sonuncu seçki – 11 aprel 2018-ci ilin prezident seçkisi ərəfəsində sərbəst toplaşmaq üçün rəsmən ayrılmış yerlər siyahısında olub.

Yasamaldakı İdman-Sağlamlıq Kompleksinin stadionu da eyni sırada yer alıb.

O vaxt Bakıda sərbəst toplaşmaq üçün bu yerlər də müəyyən edilib:

Binəqədi rayonu – Xocasən qəsəbə stadionu

Xətai rayonu – Zığ yolunda “Nargilə” dairəsinin yanındakı meydan

Xəzər rayonu – Şüvəlan qəsəbəsində yerləşən “AZAL-Arena” stadionu

Nərimanov rayonu – Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində yerləşən parkın girişindəki meydan

Nizami rayonu – 8-ci kilometr yaşayış sahəsi, Bəhruz Nuriyev, 69-da yerləşən idman meydançası

Nəsimi rayonu – 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 27 A-da yerləşən parkın yaxınındakı meydan

Sabunçu rayonu – Sabunçu qəsəbəsi, İsmət Qayıbov adına stadion

Səbail rayonu – 20-ci yaşayış sahəsi, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Peşə Təhsil Mərkəzinin idman meydançası

Suraxanı rayonu – Hövsan qəsəbəsi, Mədəniyyət Sarayının qarşısı

Pirallahı rayonu – Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, 56 A saylı binanın qarşısındakı meydan.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, toplantı – yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq müvafiq icra hakimiyyəti orqanının zəruri tədbirlər görməsi üçün onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən azı 5 iş günü əvvəl təqdim edilməlidir.

Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. 

Müqəddəs ruhlar şərləri qəbul etməz…

  • 01 Oktyabr 2019
  • comments

Prezident: “Qarşımıza yeni çağırışlar çıxır”

  • 02 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda