• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Netanyahunun 55 səsi, 6 həftə vaxtı var

  • 26 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

İsraildə yeni hökumətin qurulması Likud Partiyasının lideri, indiki baş nazir Benyamin Netanyahuya həvalə olunub. Novator.az-ın məlumatına görə, koalisiya formalaşdırmaq üçün Benyamin Netanyahunun maksimum 6 həftə vaxtı var. Əks halda prezident Reuven Rivlin hökumət qurmağı parlamentdə təmsil olunan başqa partiyaya tapşıracaq.

Bu il aprelin 9-da keçirilmiş parlament seçkisində Likud Partiyasını dəstəkləyən sağ mərkəzçi blok üstün gəlsə də, hökumət qurmaq mümkün olmayıb və parlament özünü buraxaraq təkrar seçkiyə qərar verib.

Sentyabrın 17-də yeni parlament seçkisi keçirilib. Nəticələrə görə, Beni Qantsın liderlik etdiyi müxalif Kahol Lavan bloku parlamentə 33 mandatla düşüb.

Likud Partiyası 32 mandat götürüb.

Dörd ərəb partiyasının yaratdığı Birləşmiş Siyahı bloku 13, ŞAS Partiyası 9, İsrail – Bizim Evimiz Partiyası 8, Tora Yəhudiliyi Partiyası və Yamina bloku hərəyə 7, Fəhlə Partiyası 6, Demokratik Düşərgə Partiyası 5 mandat əldə edib.

Hökumət qurmaq üçün 120 nəfərlik parlamentdə 61 mandat tələb olunur. Hazırda Benyamin Netanyahunun parlamentdə 55 deputatın dəstəyini aldığı vurğulanır.

1949-cu il təvəllüdlü Benyamin Netanyahu 2009-cu ildən baş nazirdir. O, 1996-1999-cu illərdə də hökumətə rəhbərlik edib.

Əli Kərimli Fuad Qəhrəmanlının istefasını qəbul ed...

  • 26 Sentyabr 2019
  • comments

Yeni kreditlər, yeni hesabatlar

  • 26 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda