• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

  • 25 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sentyabrın 25-də Ali Məhkəmə Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirovun cinayət işi üzrə kassasiya şikayətinə baxışı tamamlayıb.

Novator.az bildirir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992-1993-cü illərdə – Xalq Cəbhəsinin hakimiyyəti vaxtı çalışmış, 1997-ci ildən Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov 2018-ci ilin mayın 8-də Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Mayın 25-də bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və AXCP Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli də həbs ediliblər.

Tutulanlar əsasən qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndiriliblər. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

Bu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay, Aqil Məhərrəmliyə 4 il, Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzası kəsib, Vidadi Rüstəmli ilə Ruslan Nəsirovu isə 6 il 8 aylıq şərti cəzalarla azadlığa buraxıb.

Hökmdə Saleh Rüstəmovun qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunması da yer alıb.

27 fevral hökmündən şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi mayın 8-də yekun qərar çıxarıb. Əvvəlki hökm dəyişməyərək qanuni qüvvəyə minib.

Report.az-ın məlumatına görə, sentyabrın 25-də Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb. Azalma Saleh Rüstəmova verilmiş ittihamlardan birinin dəyişdirilməsi ilə bağlıdır. Sabiq icra başçısı satış məqsədi ilə külli miqdarda qanunsuz narkotik vasitə saxlamaqda da təqsirli bilinib. Ali Məhkəmə bu ittihamı satış məqsədi olmadan qanunsuz narkotik vasitə saxlama ittihamı ilə əvəzləyib.

Hökmün qalan hissələrində yenilik olmayıb.

Ev satanda vergi necə hesablanır?

  • 25 Sentyabr 2019
  • comments

“Meydan TV”nin məsələsinə yenidən baxılacaq

  • 25 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda