• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Yoxluğunu düşünmək nə zülmmüş”

  • 24 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetTribuna

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-da çalışan Qubad İbadoğlu özünün “Facebook” səhifəsində Vurğun Əyyubdan yazıb.

Siyasətçi, alim, ictimai xadim Vurğun Əyyub sentyabrın 24-də vəfat edib.

Vurğun Əyyub 1957-ci ildə doğulub. Filologiya elmləri namizədidir.

Azərbaycan Xalq Cəbhəsinin qurucularından və liderlərindən biri olan Vurğun Əyyub Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993-cü illər) yaradılmış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib.

1992-ci ildən Müsavat Partiyasının üzvü olub, baş katib, başqanın birinci müavini postlarını tutub.

2015-ci ildən Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini idi.

Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır: “Qürbətdə dostun ölüm xəbərini almaq gözləmədiyin yerdən qəfil güllə yarası almaq kimidir, gözəl dost! Heç kimi eşitmirsən, görmürsən, nə baş verdiyini anlamaq üçün beynini zorlasan da, bir nəticəsi olmur, səbəbsiz ora-bura vurnuxub, ağrıyan ruhunu qoymağa yer tapa bilmirsən.

Sənin artıq bizimlə bir dünyanı paylaşmadığını bilə-bilə yazmaq nə əzabmış. Yoxluğunu düşünmək nə zülmmüş. Belə məqamda yanında iki-üç kəlməlik təsəlli verəcək adamın olmaması nə ağırmış.

Bu dəhşətli anda məni ayaq üstə saxlayan, yıxılmağa qoymayan sənin ölməz əməllərinin ürəyimdəki təpəridir, gözəl dost.

Sən – Azərbaycanın ən təmiz insanı, ən saf vətəndaşı on illər boyu sovet rejiminin dilsiz qulluqçularının bilərəkdən korrupsiya, rüşvət yuvasına çevirdiyi ali təhsilin müqəddəsliyini özünə qaytardın. 100 il öncə birinci işi 100 istedadlı gənci xaricə ali təhsil almağa göndərmək olan cümhuriyyət qurucularının sözdə yox, əməli davamçısı oldun.

Sənin başqalarından fərqin də elə bu idi, çünki o millət fədailəri ilə sən millət fədaisini sarsılmaz mənəvi bağlar birləşdirirdi. Sən mümkünsüzü bacarmış mücahidsən, çünki bu, bir təhsil məsələsi deyildi, millətin taleyini müəyyənləşdirən siyasi qərar idi.

Hamısını bir-bir xatırlamağa çalışıram. Arıq, çəlimsiz bədənindəki mübarizə ruhunu, kritik dövrlərdə soyuq başla verdiyin vicdanlı qərarları…

60 illiyində “Bu dünyanın saflığı, gözəlliyi üçün yalnız varlığın yetər, əziz dost! Sənə uzun ömür, möhkəm cansağlığı, özümə isə bu mübarizə yolunda uzun illər səninlə birlikdə, çiyin-çiyinə addımlamaq xoşbəxtliyi arzulayıram” yazmışdım. Mənim xoşbəxtliyimi niyə əlimdən aldın, əziz dost?!

Yeganə təsəllim odur ki, sən yataqda ölmədin, mücadilə ruhun həmişə ayaqda oldu, mübarizəni davam etdirdin, prinsiplərindən dönmədin. Ağır xəstəliyini bilsən də, nə hakimiyyətə, nə də ona yaxın olan şəxslərin köməyinə ehtiyac duydun. Təmiz adına ləkə düşməsinə imkan vermədin, Tanrının verdiyi ən qiymətli sərvəti şərəflə, kişi kimi xərclədin.

Torpağın yumşaq, məkanın behişt olsun, əziz dost!”

Boşanmalar: ayların və illərin göstəriciləri

  • 24 Sentyabr 2019
  • comments

Vəkilin cəzası ləğv edilib

  • 25 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Senatorlar Putini hədələyir – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Anım

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda