• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şəhid əsgərin meyiti götürüldü

  • 24 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Azərbaycan Ordusunun şəhid əsgəri Ramin Şövkət oğlu Abdulrəhmanovun meyiti sentyabrın 23-də təmas xəttindən götürülüb. Əməliyyat Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin iştirakı ilə baş tutub.

Əsgər sentyabrın 22-si cəbhə zonasında yerləşən hərbi hissədə yolu azaraq mövqelər arasındakı əraziyə keçib. Həmin ərazidə ermənilər onu vurublar.

Sentyabrın 23-ü Nyu-Yorkda Azərbaycanın və Ermnəstanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanla bir araya gəliblər. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Skofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin 24 sentyabr açıqlamasında deyilir ki, Nyu-York görüşü təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qalıb: “Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq. Nazirlərin görüşündə isə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Büdcə kabinetdən keçdi

  • 24 Sentyabr 2019
  • comments

Sabitlik və yenilənmələr

  • 24 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda