• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əfqan Muxtarlı aclıq aksiyasını davam etdirir

  • 24 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Məhbus jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını davam etdirir.

Əfqan Muxtarlı sentyabrın 20-dən aclığa başladığını elan edib. O, vəkili Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz olaraq bu aksiyaya əl atdığını bildirib.

Sentyabrın 20-də Nemət Kərimli 16 saylı Cəzaçəkmə Müəssisəsində Əfqan Muxtarlı ilə görüşüb. Vəkilin dediyinə görə, onu görüşdən qabaq və sonra gözlədiblər, üzərində axtarış aparıblar, həmçinin ona fiziki zor tətbiq ediblər.

Penitensiar Xidmət məhbus jurnalistin aclığa başladığını təsdiqləyib. Qurumdan bildiriblər ki, Əfqan Muxtarlının aclığa başladığı haqda müraciəti onlara sentyabrın 23-də daxil olub.

Penitensiar Xidmət Əfqan Muxtarlının aclıq aksiyası keçirdiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq digər məhbuslardan təcrid edildiyini da açıqlayıb.

Məhbus jurnalistin xanımı Leyla Mustafayeva “Facebook” səhifəsində yazıb ki, şəkərli diabet xəstəsi olan Əfqan dərmanlarını içməkdən də imtina edib.

Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.

2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.

Köçəryanın cinayət işində şahid olan general özünü...

  • 24 Sentyabr 2019
  • comments

Neçənci mükafat?

  • 24 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda