2019-cu ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 967,1 milyon manat olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,7 faizi isə fərdi sahibkarların payına düşüb.
Başqa bir hesabata əsasən, yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2 faiz artaraq 5 milyard 692,9 milyon manata çatıb.
8 ayda hər bir ölkə sakini orta hesabla 575,7 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Ödənişli xidmətlərin qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artıb.