Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin 8 ayı üzrə xarici ticarət hesabatı açıqlayıb. Novator.az xəbər verir ki, statistikaya əsasən, yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,01% artaraq 8,1 milyard dolları ötüb.
8 ayda Gürcüstandan 2,4 milyard dollardan çox dəyərdə məhsul ixrac olunduğu bildirilir. Bu, 2018-ci ilin 8 ayı ilə müqayisədə 12,4% çoxdur.
Rəsmi məlumata görə, ilin əvvəlindən Gürcüstana 5,7 milyard dollardan çox həcmdə məhsul idxal olunub, 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 4,4% azalma qeydə alınıb.
Hesabata əsasən, Gürcüstanın əsas xarici ticarət tərəfdaşları Türkiyə, Rusiya və Azərbaycandır. Yanvar-avqust ayları ərzində Gürcüstanın bu ölkələrlə xarici ticarət dövriyyəsi ümumi ticarət dövriyyəsinin 33,5%-nə bərabər olub.
Səidə Hüseynova