Sentyabrın 20-də avronun rəsmi məzənnəsi 1,8799 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Rusiya rublu da bahalaşıb: 0,0265 manat.
Ucuzlaşan Gürcüstan larisi banklara 0,5718, Türkiyə lirəsi 0,2973 manata təklif olunur.
Dolların kursunu isə Mərkəzi Bank 1,7 manat həddində saxlayıb.
2015-ci ildə dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata qalxıb. 2016-cı il 1,7707 manatla, 2017-ci il 1,7001 manatla başa çatıb. 2018-ci il martın 7-dən rəsmi qiymət 1,7 manatdır.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
25-29 aprel arası, mayın 3-də, 20-24 və 29-31 may, 24 iyul-5 avqust arası avro 1 manat 90 qəpikdən ucuz satılıb. Avqustun 14-dən rəsmi məzənnə yenə 1 manat 90 qəpikdən aşağıdır.
Dövlət Neft Fondu manatın məzənnəsini qorumaq üçün Mərkəzi Bankın 2019-cu ilin yanvar-avqust aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 893,9 milyon dollar məbləğində vəsait sərf edib.