• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təlim nöqtələrində

  • 19 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müdafiə naziri Zakir Həsənov sentyabrın 18-də genişmiqyaslı təlimlərin komanda müşahidə məntəqələrindən birinə baş çəkib.

Mod.gov.az-ın məlumatına görə, qoşun növü və qisimlərinin komandanları, hərbi birlik və birləşmə komandirləri, digər vəzifəli şəxslərin məruzələrindən sonra ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

Ərazinin kəşfi digər təlim nöqtələrində də aparılıb.

Müdafiə naziri səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrində olub, sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Sentyabrın 19-da yayılan başqa bir rəsmi məlumata əsasən, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər. Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərin mərhələlər üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi üzərində işlənib.

Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərə sentyabrın 16-da başlayıb. Təlimlərə müxtəlif qoşun növləri, qisimləri, hərbi birlik və birləşmələr, 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Rəsmi açıqlamaya görə, təlimin mövzusu dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərdir.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarətdir.

İsrail: yeni parlamentdə mandat bölgüsü

  • 18 Sentyabr 2019
  • comments

Qolsuz xal

  • 19 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda