• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbər namizədlik haqda nə düşündüyünü açıqladı

  • 19 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Müsavat Məclisinin üzvü İsa Qəmbər partiya başqanlığına namizədliklə bağlı sualı cavablandırıb.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib.

Partiyanın nizamnaməsinə 2001-ci ildə edilən dəyişikliyə görə, eyni şəxs ardıcıl iki müddətdən artıq başqan seçilə bilməz. İsa Qəmbər 2001 və 2006-cı illərin qurultaylarında başqan seçildikdən sonra 2014-cü ildə keçirilən 8-ci qurultayda namizəd olmayıb. Həmin qurultaydan bəri partiyaya Arif Hacılı başqanlıq edir.

2019-cu il oktyabrın 12-si Bakıda Müsavat Partiyasının 9-cu qurultayı keçirilməlidir. Qurultayda partiya başqanı da seçiləcək.

Sentyabrın 19-da Novator.az İsa Qəmbərə “Yenidən başqan postuna namizəd olmağınız mümkündürmü, belə bir istəyiniz və ya Sizə belə təklif varmı” sualı ilə müraciət edib.

Sabiq başqanın cavabı belə olub: “Heç bir halda namizəd olmağı düşünmürəm”.

9-cu qurultay ərəfəsində Divan üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqov və Başxanım Abbasova başqanlığa namizəd olacaqlarını bəyan ediblər. Arif Hacılı hələ qərarını açıqlamayıb.

İsa Qəmbər Novator.az-ın “Namizədlər haqda nə düşünürsünüz” sualına cavab olaraq bildirib: “Bu suala bütün namizədlər bəlli olduqdan sonra qayıdarıq”.

1957-ci il təvəllüdlü İsa Qəmbər Azərbaycan xalq hərəkatının (1988-1992) liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

İsa Qəmbər hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

Müsavatın qurultay günü bilindi

Tofiq Yaqublu başqan olmaq istəyir

Yadigar Sadıqov: “Mənim başqan seçilməyim…”

FİFA reytinqi açıqlanıb

  • 19 Sentyabr 2019
  • comments

Azərbaycan və başqaları…

  • 19 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda