İnquşetiya müftiliyinin qeydiyyatı ləğv olunub
- 17 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
İnquşetiya Müsəlmanlarının Ruhani Mərkəzinin – respublika müftiliyinin qeydiyyatı ləğv olunub. Novator.az-ın məlumatına görə, qərarı İnquşetiya Ali Məhkəməsi sentyabrın 16-da çıxarıb.
İctimai təşkilat olan müftiliyin ləğvi barədə iddianı Rusiya Ədliyyə Nazirliyinin İnquşetiya Regional İdarəsi qaldırıb. Proses 2016-cı ildə dini mərkəzin ictimai təşkilat kimi öz öhdəliklərini yerinə yetirmədiyi əsas gətirilərək başlanıb. 2017-ci ilin avqust ayında İnquşetiya Ali Məhkəməsi bu iş üzrə icraatı müvəqqəti dayandırmışdı.