Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) tamhüquqlu üzvü olub. AZƏRTAC-ın 16 sentyabr məlumatına görə, prezident Şövkət Mirziyayev bununla bağlı qanunu imzalayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu il oktyabrın 3-ü Naxçıvanda imzalanmış sazişlə yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan da daxildir.
Naxçıvan sazişinin Özbəkistanda ratifikasiyası 2019-cu il sentyabrın 14-də tamamlanıb. Oktyabrın 15-i Bakıda keçiriləcək 7-ci zirvə görüşünə Şövkət Mirziyayevin rəhbərliyi ilə Özbəkistanın nümayəndə heyətinin də qatılacağı gözlənir.
6-cı zirvə görüşü ötən il sentyabrın 3-ü Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib. Özbəkistan prezidenti Şövkət Mirziyayev həmin sammitdə qonaq qismində iştirak edib.