• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Azadlıq” qəzeti bəyanat yayıb

  • 12 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

“Azadlıq” qəzetinin redaksiyası bəyanat yayıb.

Bəyanatda deyilir ki, sentyabrın 11-i Yasamal Rayon Məhkəməsində AXCP fəalı Ruslan Əmirlinin məhkəməsi keçirilib: “Həmin vaxt məhkəmə binası qarşısında toplaşanlara, o cümlədən hadisə yerində olan jurnalistlərə polis zor işlədib”.

Bəyanatda deyilir ki, zorakılığa məruz qalanlardan biri də “Azadlıq”ın əməkdaşı Təzəxan Mirələmlidir: “Əməkdaşımızın peşə fəaliyyətini yerinə yetirməsinə və sərbəst hərəkətinə mane olan polis əməkdaşları onun haqlı etirazı qarşısında ona fiziki zor işlədiblər. Əməkdaşımız aldığı zərbədən yerə yıxılıb və yüngül xəsarət alıb.

Dinc şəkildə məhkəmə önünə toplaşıb əqidədaşlarından məlumat almaq istəyən fəallara və xüsusən də hadisə yerindən xəbər hazırlamaq istəyən jurnalistlərə polisin zor tətbiq etməsini, onların ərazidən zorakılıqla uzaqlaşdırılmasını “Azadlıq” qəzeti olaraq qətiyyətlə pisləyirik. Bu hadisə Azərbaycanda söz və toplaşmaq azadlığı sahəsində vəziyyətin nə qədər acınacaqlı olduğuna daha bir əyani sübutdur. Polisin öz peşəsini yerinə yetirən jurnalistlərə zor işlətməsi kobud qanun pozuntusu, vəzifə səlahiyyətlərini aşmaqdır.

Aidiyyəti dövlət orqanlarından tələb edirik ki, sentyabrın 11-i Yasamal məhkəməsinin qarşısında öz səlahiyyətini kobud surətdə aşmış, qanunları pozaraq jurnalistlərə və fəallara zor tətbiq etmiş polis əməkdaşları barəsində uyğun cəza tədbiri görülsün. Əks halda bu zorakılıq aktının da məsuliyyəti siyasi hakimiyyətin üzərində qalacaq”.

“Azadlıq” radiosuna açıqlamasında Təzəxan Mirələmli deyib ki, baş verənlərlə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Ruslan Əmirli sentyabrın 10-da tutulub. Sentyabrın 11-də məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası kəsib.

Ruslan Əmirli İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələblərinə qəsdən tabe olmama maddələri ilə təqsirli bilinib.

Novator.az bildirir ki, “Azadlıq” qəzeti 3 il əvvəl nəşrini dayandırıb.

2016-cı il avqustun 20-də qəzetin direktoru Faiq Əmirli tutulub. Bu həbsdən sonra “Azadlıq”ın bank əməliyyatı aparması mümkün olmayıb, qəzetin “Azərbaycan” nəşriyyatına borcu artıb, sentyabrın 5-də çapdan imtina edilib (Faiq Əmirli 2017-ci il sentyabrın 15-də azadlığa buraxılıb).

2017-ci il mayın 12-də isə Səbail Rayon Məhkəməsi qəzetin Azadliq.info saytına girişi məhdudlaşdıran qərar qəbul edib. Bu, saytın bir çox yazısındakı qanun pozuntusu ilə əsaslandırılıb.

“Azadlıq” qəzetinin Bakıda, “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində yerləşən ofisinin qapısı bağlıdır, icarə haqqı ödənmədiyi üçün əməkdaşlar redaksiyaya buraxılmır.

İlk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görən “Azadlıq”ın baş redaktoru Qənimət Zahid 2011-ci ildən Fransada mühacirətdədir.

Avropalı qonağın Bakı təmasları

  • 12 Sentyabr 2019
  • comments

Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının ill...

  • 12 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda