• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatın qurultayı: yekun qərara hazırlıq görülür

  • 10 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müsavat Partiyasının 9-cu qurultayına hazırlıq davam edir. Sentyabrın 10-da Novator.az-a danışan Müsavat başqanının müavini, qurultayın təşkilat komitəsinin sədri Gülağa Aslanlı deyib ki, tədbirlər partiya nizamnaməsi və müvafiq təlimatlar əsasında aparılır: “50 yerli təşkilatda keçirilmiş yığıncaq və ya konfransda qurultaya nümayəndələr seçilib. 10-dan artıq təşkilatda yığıncaqların keçirilməsi üçün işlər görülüb və bu prosesi sentyabr ayının sonunadək başa çatdırmaq planlaşdırılır. Qurultayda 400-dən çox nümayəndənin iştirakı gözlənir”.

Gülağa Aslanlı əlavə edib ki, yerli təşkilatların yığıncaqlarına böyük maneələr törədilib: “Demək olar ki, bütün rayonlarda yığıncaqlar polisin nəzarəti altında keçirilib. Bəzi rayonlarda isə polisin birbaşa müdaxiləsi ilə üzləşmişik. Amma çətinliklərə baxmayaraq yığıncaqlarımızı keçirməyə nail olduq”.

Müsavat Məclisinin 20 iyul 2019-cu il iclasında 9-cu qurultayın oktyabr ayında keçirilməsi barədə qərar çıxarılıb. Qurultay gününü müəyyən etmək Divana həvalə olunub. Yekun qərarın Divanın növbəti toplantısında elan edilməsi razılaşdırılıb. Həmin toplantı sentyabrın 16-da keçirilməlidir.

Gülağa Aslanlının sözlərinə görə, partiyanın nizamnamə və proqramına əlavə və dəyişikliklər komissiyasına daxil olan təkliflər üzərində də iş davam edir.

Partiya nizamnaməsinə əsasən, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır.

Qurultayın partiyanın proqramını və nizamnaməsini qəbul etmək, onlarda dəyişiklik və əlavələr etmək, Məclisin rayon (şəhər) təşkilatı sədri olmayan üzvlərini, partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçmək səlahiyyətləri var.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.

2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.

8 ayın qiymətləri

  • 10 Sentyabr 2019
  • comments

Mitinq yeri bağlandı

  • 10 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda