• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ordu generalı ilə müzakirələr

  • 04 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev sentyabrın 3-ü Bakıda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə bir araya gəlib. AZƏRTAC-ın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi vurğulanıb.

68 yaşlı Nikolay Patruşev ordu generalı, Rusiya Qəhrəmanıdır. 1975-ci ildən xüsusi xidmət orqanlarında qulluq edib. 1999-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin rəisi olub. 2008-ci ildən Təhlükəsizlik Şurasının katibidir.

Novator.az bildirir ki, Nikolay Patruşevin 3 sentyabr görüşündə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edib.

General-polkovnik Ramil Usubov bu il iyunun 20-də daxili işlər naziri vəzifəsindən azad edilərək Təhlükəsizlik Şurasının katibi təyin olunub. 1948-ci il təvəllüdlü Ramil Usubov 29 aprel 1994-cü ildən daxili işlər naziri idi.

Təhlükəsizlik Şurasının tarixi 28 il əvvələ gedib çıxır. 1991-ci il mayın 14-də prezident Ayaz Mütəllibovun başçılığı ilə Milli Təhlükəsizlik Şurası yaradılıb. Prezident fərmanında Milli Təhlükəsizlik Şurasına respublikanın müdafiəsi, onun bütövlüyünün qorunması siyasətinin həyata keçirilməsinə, iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, eləcə də fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair tövsiyələr hazırlamaq həvalə olunub.

1992-ci ildə Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Milli Təhlükəsizlik Şurası fəaliyyət göstərməyib.

1997-ci il aprelin 10-da prezident Heydər Əliyevin fərmanı ilə Təhlükəsizlik Şurası yaradılıb. Prezident yanında məşvərətçi orqan kimi qurulan Təhlükəsizlik Şurasına vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində prezidentə yardımçılıq həvalə olunub.

20 iyun 2019-cu ilə qədər şuranın katibi funksiyalarını Prezident Administrasiyasının rəhbəri yerinə yetirib.

Yeni kitablar

  • 03 Sentyabr 2019
  • comments

Rəsmi məzənnələr

  • 04 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda