• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Azərbaycan Televiziya və Radio Verilişləri”ndə yeni rəhbər

  • 04 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sentyabrın 4-də sərəncam imzalayan prezident İlham Əliyev Rövşən Raqif oğlu Məmmədovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib.

Sədr vəzifəsi bu il yanvarın 15-dən boş idi. Prezident həmin gün Arif Alışanovu QSC-nin sədri vəzifəsindən azad etmişdi. Arif Alışanov sədr postunu 2006-cı ildən tuturdu.

Novator.az bildirir ki, Rövşən Məmmədov 1979-cu ildə Ağstafa rayonunda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr və magistratura pillələrini bitirib.

2006-cı ildə Bakı Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə Bakı Slavyan Universitetində filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 3 kitabın, 40-dan çox elmi məqalənin müəllifidir. Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Rövşən Məmmədov uzun müddət “Lider” televiziyasında müxtəlif vəzifələrdə çalışıb, idman redaksiyasına rəhbərlik edib.

2015-ci ildən Azərbaycan Televiziyasında “Günün nəbzi”, “Əsas məsələ” və “Həftə” verilişlərinin aparıcısı olub, sonra “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin ictimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru vəzifəsinə təyinat alıb.

15 yanvar 2019-cu ildən sədr müavini və sədr vəzifəsinin icraçısı idi.

Azərbaycan Televiziyası 1956-cı ildə Mədəniyyət Nazirliyinin tabeliyində Bakı Televiziya Studiyası adı ilə fəaliyyətə başlayıb.

1957-ci ildən Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adı daşıyıb.

1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb, 1991-ci ildə eyni adda şirkətə çevrilib.

2005-ci ildən indiki adı ilə fəaliyyət göstərir.

Arif Alışanova qədər Azteleradionun 10 rəhbəri olub.

1956-cı ildə Bakı Televiziya Studiyasına Ənvər Əlibəyli rəhbərlik edib.

1957-ci ildə Teymur Əliyev yeni yaradılan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə sədr təyin olunub.

1965-ci ildə komitənin sədri postunu Ənvər Əlibəyli tutub.

1969-cu ildən sədr İmran Mirzəyev olub.

1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılan qurumun sədri vəzifəsinə Qurban Yusifzadə təyin edilib.

1983-1990-cı illərdə komitəyə Elşad Quliyev sədrlik edib. 1992-ci ilin martında Elşad Quliyev yenidən sədr təyin olunub, iki ay sonra postunu itirib.

1990-cı ildən sədr postunu Qeysər Xəlilov tutub.

1991-ci ildən 1992-ci ilin mart ayınadək Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə Məmməd Murad rəhbərlik edib. O, 1992-ci il mayın 14-də şirkət rəhbərliyinə qaytarılıb, amma bir neçə gün sonra Məmməd İsmayılla əvəzlənib.

1993-cü ildən şirkətin sədri postunu Babək Hüseynoğlu tutub.

1996-cı ildən Nizami Xudiyev sədr olub.

AXC-nin bülletenləri

  • 04 Sentyabr 2019
  • comments

Xəbərdarlıq və hüquq

  • 04 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda