Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaiti açıqlayıb. Sentyabrın 1-nə olan rəsmi hesabata görə, fondda 102,5 milyon manat, 213,6 min ABŞ dolları, 17,3 min avro və 5 min rubl var.
2019-cu ilin əvvəlinə fonda 96,4 milyon manat, 213,6 min ABŞ dolları, 15,1 min avro və 5 min rubl vəsait daxil olmuşdu.
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.