Mərkəzi Bank 2019-cu ilin doqquzuncu ayının ilk məzənnələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, sentyabrın 2-də avro (1,8680 manat), Gürcüstan larisi (0,5763 manat) və Rusiya rublu (0,0254 manat) ucuzlaşıb.
Dəyər artıran Türkiyə lirəsi banklara 0,2912 manata təklif olunur.
ABŞ dollarının rəsmi kursu isə 1,7 manat həddində saxlanıb (Tam siyahı).
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb. Dolların rəsmi qiyməti 2018-ci il martın 7-dən 1,7 manatdır.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-iyul aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 78,5 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar, aprelin hərraclarında 423,7 milyon dollar, mayın hərraclarında 352,4 milyon dollar, iyunun hərraclarında 315,9 milyon dollar, iyulun hərraclarında 434,9 milyon dollar alınıb.