Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim norması göstəricilərinə uyğun olacağını bildirir. Ayın birinci və ikinci ongünlüklərində qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir.
Digər bölgələr üzrə orta aylıq temperaturun proqnozları belədir:
Naxçıvan Muxtar Respublikası – 21-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 26-31, bəzi günlərdə 34-37 dərəcə isti);
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy – 15-18 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23, bəzi günlərdə 26-31 dərəcə isti);
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları – 21-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 24-29, bəzi günlərdə 32-35 dərəcə isti);
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz – 18-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35 dərəcə isti);
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala – 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 27-32, bəzi günlərdə 34-37 dərəcə isti);
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara – 20-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 23-28, bəzi günlərdə 32-34 dərəcə isti).