• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”lı 48

  • 30 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

UEFA Avropa Liqasının son ələmə raundu arxada qalıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” avqustun 29-u Bakıda Şimali İrlandiyanın “Linfild” komandasını 2:1 hesabı ilə yenərək qrup mərhələsinə vəsiqə qazanıb. İlk oyunda britaniyalılar üstün gəlmişdi – 3:2.

Qrup raundunda oynayacaq 48 komandadan 8-i əvvəllər Avropa Liqasının qalibi olub. 1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış turnirdə “Sevilya” 5, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Portu” 2, PSV, “Ayntraxt” (Frankfurt), SSKA (Moskva), “Mançester Yunayted” 1 uğur əldə edib. Titullu komandaların (“Feyenoord” istisna olunmaqla) qrup mərhələsində “Qarabağ”a rəqib olmaq ehtimalı var. Püşk avqustun 30-da atılacaq.

Azərbaycan bu mövsüm UEFA-nın klub turnirlərinə 4 komanda ilə qatılıb.

“Səbail”i Avropa Liqasının birinci mərhələsində Rumıniyanın “Universitatya” komandası ələyib. Bakılılar hər iki oyunda 2:3 hesabı ilə uduzublar.

“Qəbələ” həmin turnirə ikinci raunddan qoşulub və Gürcüstan paytaxtının “Dinamo” klubuna yenilib (0:2, 0:3).

“Neftçi” Avropa Liqasının birinci mərhələsində Moldovanın “Speranta” klubunu (6:0, 3:0), ikinci mərhələsində Rusiyanın “Arsenal” (Tula) klubunu (3:0, 1:0) turnirdən kənarlaşdırıb, üçüncü mərhələdə İsrailin “Bney Yehuda” klubuna uduzub (2:2, 1:2).

Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası birinci raundda Albaniyanın “Partizani” klubunu (2:0, 0:0), ikinci raundda İrlandiyanın “Dandolk” klubunu (3:0, 1:1) yenib, üçüncü raundda Kiprin APOEL klubuna məğlub olaraq (0:2, 2:1) Avropa Liqasına köç edib.

NMR

Naxçıvanda orta maaş nə qədərdir?

  • 29 Avqust 2019
  • comments

Məzənnələrin günü və səkkiz ayı

  • 30 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda