Mərkəzi Bank avqustun 30-da ABŞ dollarını 1,7, avronu 1,8777, Gürcüstan larisini 0,5802, Rusiya rublunu 0,0255, Türkiyə lirəsini 0,2911 manata satır.
Novator.az rəsmi kursların yanvar-avqust aylarında necə dəyişməsinə də nəzər salıb.
Avro 2019-cu ilə 1,9323 manatla başlayıb. Yanvarda yuxarı rəsmi kurs 1,9647, fevralda 1,9452, martda 1,9337, apreldə 1,9225, mayda 1,9107, iyunda 1,9396, iyulda 1,9293, avqustda 1,9059 manat olub.
25-29 aprel arası, mayın 3-də, 20-24 və 29-31 may, 24 iyul-5 avqust arası avro 1 manat 90 qəpikdən ucuz təklif edilib. Avqustun 14-dən rəsmi məzənnə yenə 1 manat 90 qəpikdən aşağıdır.
Gürcüstan larisi 0,6346 manatla start götürüb. Yanvarda rəsmi qiymət 0,6409, fevralda 0,6445, martda 0,6384, apreldə 0,6333, mayda 0,6296, iyunda 0,6235, iyulda 0,6085, avqustda 0,5903 manatı keçməyib.
Rusiya rublu 2019-cu ilə 0,0245 manatla girib. Yanvar və fevralda yüksək kurs kimi 0,0260, mart və mayda 0,0264, aprel və avqustda 0,0267, iyunda 0,0272, iyulda 0,0271 manat həddi rəsmiləşib.
Türkiyə lirəsinin ilk rəsmi qiyməti 0,3141 manat göstərilib. Yanvarda maksimum kurs 0,3255, fevralda 0,3275, martda 0,3183, apreldə 0,3073, mayda 0,2877, iyunda 0,2947, iyulda 0,3057, avqustda 0,3104 manat olub.
ABŞ dollarının rəsmi qiyməti 2018-ci il martın 7-dən 1,7 manatdır.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların kursunu 0,7862 manatdan 1,05 manata, dekabrın 21-də 1,55 manata qaldırıb. Həmin ilə 1,5594 manatla nöqtə qoyulub.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən 2018-ci il martın 7-dək dollar banklara 1,7001 manata təklif edilib.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-iyul aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 78,5 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar, aprelin hərraclarında 423,7 milyon dollar, mayın hərraclarında 352,4 milyon dollar, iyunun hərraclarında 315,9 milyon dollar, iyulun hərraclarında 434,9 milyon dollar alınıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.