• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həkimlər baş redaktoru aclığı dayandırmağa çağırıblar

  • 30 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avqustun 30-u Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Bakı İstintaq Təcridxanasının həkimləri ilə birlikdə jurnalist İkram Rəhimova baş çəkiblər.

Realliq.info saytının baş redaktoru İkram Rəhimovu 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. Rəsmi məlumatda qeyd olunub ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə Realliq.info və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb edərək alıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan müntəzəm haqq toplayıb.

2019-cu il iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi İkram Rəhimovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Jurnalist bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə-qorxu ilə tələb etmədə, bu əməlin təkrar törədilməsində təqsirli bilinib.

Avqustun 7-dən Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılır. İlk iclasda baş redaktor iddia edib ki, bütün məhkəmə materialları saxtalaşdırılıb. Bu səbəbdən İkram Rəhimov cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən saxlandığı Bakı İstintaq Təcridxanasında aclığa başlayıb.

Avqustun 21-i və 28-də növbəti məhkəmə iclasları keçirilib. Məhkəmə İkram Rəhimovun hakim heyətinə etirazını, jurnalistin vəkili Elçin Sadıqovun təkrar məhkəmə istintaqının keçirilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlərini qəbul etməyib.

Növbəti iclas sentyabrın 18-də olmalıdır.

“Turan”ın məlumatına görə, avqustun 30-u başçəkmə zamanı həkimlər uzun müddətdir aclıq edən İkram Rəhimovu müayinə ediblər və onun vəziyyətinin ciddi şəkildə pisləşdiyini vurğulayıblar. Həkimlər onu aclığı dayandırmağa çağırıblar, amma baş redaktor bundan imtina edib.

“Qarabağ”ın qrupdakı rəqibləri bəlli oldu

  • 30 Avqust 2019
  • comments

Cəhənnəmdən keçmiş mələk (137)

  • 30 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda