• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siyasi məhbus: yeni siyahı yayılacaq

  • 29 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avqustun 29-da jurnalist Seymur Həzi 5 illik həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.

1982-ci il təvəllüdlü Seymur Həzi AXCP üzvü, 2016-cı ildə nəşri dayanmış “Azadlıq” qəzetinin əməkdaşıdır. Bəzi yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus sayırdı. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Seymur Həzinin azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu tanıyıb, Azərbaycan dövlətinin ona 14 min 500 avro təzminat ödəməsi barədə qərar çıxarıb.

Novator.az-ın məlumatına görə, İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqalarının təmsil olunduğu Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup bu yaxınlarda yeni siyahı açıqlayacaq. Hazırda bu qurum 70-ə yaxın şəxsi siyasi məhbus sayır. Onların 4-ü jurnalist (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli), 1-i (Əliabbas Rüstəmov) hüquq müdafiəçisidir.

Siyasi və ictimai fəallardan 6 nəfər həbsdədir: Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov.

Siyahının inanclı fəallar bölümündə Taleh Bağırov, Abbas Hüseynov, Məhəmmədəli Axundzadə, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov və başqa şəxslər yer alır.

Avropa Şurasının meyarlarına görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Aclıq edən jurnalistin məhkəməsində

  • 29 Avqust 2019
  • comments

Seymur Həzi: “Böyük həbsxanadan kiçik həbsxanaya&#...

  • 29 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda