• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seymur Həzi: “Böyük həbsxanadan kiçik həbsxanaya…”

  • 29 Avqust 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

“Beş il qabaq mənə verilmiş ittihama da, barəmdə çıxarılan məhkəmə hökmünə də münasibətim dəyişməyib. İttiham qərəzli, məhkəmə hökmü ədalətsiz idi”. Avqustun 29-u 5 illik həbs cəzasını başa vuraraq azadlığa çıxan jurnalist Seymur Həzi “Azadlıq” radiosuna açıqlamasında belə deyib.

O bildirib ki, həbsdə idmanla məşğul olub, çoxlu kitab oxuyub: “Yəni bu 5 il həyatımdan heç nə çala bilmədi, əksinə, həyatıma bəzi müsbətləri əlavə etdi”.

Seymur Həzi hesab edir ki, onun həbsi hökumətin media tənqidinə dözümsüzlüyünün göstəricisi idi: “Bununla hökumət göstərdi ki, tənqidə açıq deyil, tənqidə görə cəzalandırma yolu tutub”.

Jurnalistin sözlərinə görə, həbsdə olduğu 5 ildə azadlığa çıxmaq haqqında düşünməyib və hakimiyyətdən bağışlanma gözləməyib.

Meydan.tv-yə açıqlamasında Seymur Həzi deyib ki, azadlıqda həbsdəkindən elə bir fərqli hiss keçirmir: “Adətən həbsdən azad olunanlar kiçik həbsxanadan böyük həbsxanaya çıxdıqlarını deyirlər, mən əksini düşünürəm: böyük həbsxanadan kiçik həbsxanaya çıxmışam”.

Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini (bakalavr və magistr dərəcələri ilə) və AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasını bitirib.

AXCP üzvü, “Azadlıq” qəzetinin əməkdaşı olan Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəza müddəti 2019-cu il avqustun 29-da başa çatıb. Həmin gün o, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Seymur Həzinin azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu tanıyıb, Azərbaycan dövlətinin ona 14 min 500 avro təzminat ödəməsi barədə qərar çıxarıb.

Seymur Həzi həbsdə olarkən, 2016-cı ilin avqustunda müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigarla ailə qurub.

Siyasi məhbus: yeni siyahı yayılacaq

  • 29 Avqust 2019
  • comments

Səkkiz ayda ən çox qoyulan adlar

  • 29 Avqust 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda