Avqustun 29-da Ukrayna parlamenti – Ali Rada yeni tərkibdə ilk iclasını keçirəcək.
Novator.az bildirir ki, iyulun 21-də seçilmiş parlamentdə prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası 254 mandatla təmsil olunur.
Bu ilin prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.
Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Ali Radaya 25 mandatla düşüb.
Parlament 450 yerlikdir. Ali Radanın 225 deputatı majoritar üsulla (dairələrdən), 225 deputatı proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir. Ərazilərin bir hissəsi işğal edildiyi üçün 21 iyul seçkisi 199 dairədə təşkil olunub.
Müxalif Platforma Partiyası 43, Batkivşina Partiyası 26, Səs Partiyası 20, Müxalif Blok 6 mandat əldə edib.
Azadlıq, Samopomoş, Vahid Mərkəz və Ağ Kilsə partiyalarının hərəyə 1, partiyasız şəxslərin 46 mandatı var.
Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur.