1 iyul 2019-cu ilə Azərbaycanın xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları, borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 19 faiz olub. Novator.az-ın məlumatına görə, hesabatı Maliyyə Nazirliyi yayıb.
1 yanvar 2019-cu ilə xarici dövlət borcu 8 milyard 927,1 milyon ABŞ dolları, borcun ÜDM-ə nisbəti 19 faiz idi.
1 yanvar 2011-ci ilə xarici borcun həcmi 3 milyard 857,3 milyon ABŞ dolları olub. Maliyyə Nazirliyi borcun ÜDM-ə nisbətini 7,42 faiz göstərib.
1 yanvar 2012-ci ilə xarici dövlət borcu 4 milyard 816,7 milyon ABŞ dollarına yüksəlib, onun ÜDM-ə nisbəti 7,6 faiz təşkil edib.
1 yanvar 2013-cü ilə xarici dövlət borcu 5 milyard 708,4 milyon ABŞ dollarına, xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,3 faizə yüksəlib.
1 yanvar 2014-cü ilə olan hesabata görə, xarici dövlət borcu 4 milyard 753,2 milyon manat olub, onun ÜDM-ə nisbəti 8,2 faizə enib.
1 yanvar 2015-ci ilə xarici dövlət borcu 6 milyard 478,2 milyon ABŞ dolları (5 milyard 81,5 milyon manat) olub.
1 yanvar 2016-cı ilə olan rəsmi hesabata görə, Azərbaycanın xarici dövlət borcu 6 milyard 894,3 milyon ABŞ dollarına, onun ümumi daxili məhsula nisbəti 19,8 faizə yüksəlib.
1 yanvar 2017-ci ilə xarici dövlət borcu 6 milyard 913,2 milyon ABŞ dolları, borcun ÜDM-ə nisbəti 20,4 faiz olub.
1 yanvar 2018-ci ilə xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları, onun ÜDM-ə nisbəti 22,8 faiz həddində rəsmiləşib.