Mehmanxanaların və bu tipli müəssisələrin fəaliyyəti haqqında hesabat yayılıb. Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanın mehmanxanalarında 1 milyon 327,5 min gecələmə keçirilib, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 3 faiz çoxdur. Gecələmələrin 63,3 faizi Bakının, 8,7 faizi Qəbələnin, 4 faizi Naftalanın, 3,9 faizi Qubanın, 3,8 faizi Qusarın, 3,4 faizi Naxçıvan Muxtar Respublikasının, 1,6 faizi Xaçmazın, 1,3 faizi Mingəçevirin, hər birində 0,9 faiz olmaqla Qax və Gəncənin, 8,2 faizi digər bölgələrin payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ümumi gecələmələrin 71,9 faizini təşkil edib.
Hesabata görə, altı ayda mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 milyon manat olub.