• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

21 vəzifəli şəxsə cərimə kəsilib

  • 27 Avqust 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Maliyyə Nazirliyi 2019-cu ilin birinci yarısında aparılmış yoxlamaların nəticələri haqqında məlumat yayıb. Hesabata əsasən, Dövlət Maliyyə Nəzarəti Xidməti 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib, təqsirkar şəxslərin hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Yarım ildə dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda bir neçə şəhər və rayonda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. Büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində inzibati protokollar tərtib edilib, 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində cərimələr kəsilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi üçün 4 təşkilat üzrə 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər prokurorluq orqanlarına göndərilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri hüquq mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda apardığı yoxlamalarla 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslərin hesabına həmin vəsaitin 3 milyon 295,08 min manatının bərpası təmin olunub.

Xarici borc necə dəyişib?

  • 27 Avqust 2019
  • comments

Hərrac hesabatı

  • 27 Avqust 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda