• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Orta pensiya 232 manatı ötüb

  • 26 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, 2019-cu il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291,3 min nəfər pensiyaçı qeydiyyatda olub, bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 232,3 manata yüksəlib.

Bu ay prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunur.

Hazırda minimum pensiya 160 manatdır.

Pensiyaların indeksləşdirilməsi qaydası da dəyişir.

İndi əmək pensiyaları ildə bir dəfə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. Proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Dəyişikliyə əsasən, əmək pensiyasının yalnız sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalını isə ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmək nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artıb.

2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsulları və xidmətlərin isə 2018-ci ilin eyni dövrünə nisbətən 2,7 faiz bahalaşdığı açıqlanıb.

Turizm: gələn 7,4 faiz, gedən 23,9 faiz artıb

  • 26 Avqust 2019
  • comments

İmaməddin Heydərov həbs olunub

  • 26 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda