Gömrük pozuntularının hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-iyul aylarında 361 qaçaqmalçılıq faktı, 237 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 14 aksiz markası olmadan mal idxal etmə faktı, 9 gömrük ödənişindən yayınma faktı, 99 digər cinayət xarakterli fakt qeydə alıb.
Yeddi ay ərzində gömrük hüquqpozmalarında 557 şəxs təqsirləndirilib, 6917 inzibati xəta faktı ortaya çıxarılıb.