• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni verildi

  • 26 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif edib. Avqustun 26-da imzalanan sərəncam Allahşükür Paşazadənin Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətləri ilə əsaslandırılıb.

Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunur.

1949-cu il avqustun 26-da Lənkəranın Cil kəndində doğulan Allahşükür Paşazadə Daşkənd İslam Universitetini bitirib. 1975-ci ildən indiki Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildən idarənin sədridir.

Yubiley təbrikində prezident qeyd edib ki, şeyxülislam xalqın yaşadığı taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib, Azərbaycan həqiqətlərinin, xüsusilə ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərib: “Sizin fəaliyyətinizdə təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğunuz bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. Siz daim müsəlman həmrəyliyi prinsiplərindən çıxış edərək islam dünyasında törədilən qanlı hadisələrə öz etirazınızı bildirmiş, müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında məsələ qaldırmış, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərmisiniz”.

“Zombiləşmiş” müxbirlər

  • 23 Avqust 2019
  • comments

Cəhənnəmdən keçmiş mələk (135)

  • 26 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Din
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda