• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qələbə rəsmiləşir

  • 26 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ukraynanın Mərkəzi Seçki Komissiyası iyulun 21-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrini təsdiqləyib.

Parlament 450 yerlikdir. Ali Radanın 225 deputatı majoritar üsulla (dairələrdən), 225 deputatı proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir. Ərazilərin bir hissəsi işğal edildiyi üçün 21 iyul seçkisi 199 dairədə təşkil olunub.

Novator.az bildirir ki, proporsional sistem üzrə parlamentə 5 faizlik səs həddini keçmiş partiyalar düşüb. Xalq Xidmətçisi Partiyası 6 milyon 307 min 97, Müxalif Platforma Partiyası 1 milyon 908 min 87, Batkivşina Partiyası 1 milyon 196 min 258, Avropa Həmrəyliyi Partiyası 1 milyon 184 min 475, Səs Partiyası 851 min 669 seçicidən dəstək görüb.

Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur. İlkin rəsmi nəticələrə görə, prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası 254 mandata sahib çıxır.

Prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

Xalq Xidmətçisi Partiyasının əsası 2016-cı ildə qoyulub. Əsas qurucuları Vladimir Zelenski və Yevgeni Yurdıqadır.

2016-cı il aprelin 13-də siyasi qurum Yevgeni Yurdıqanın sədrliyi ilə Qəti Dəyişikliklər Partiyası kimi qeydiyyatdan keçib. 2017-ci il dekabrın 2-də təşkilata Xalq Xidmətçisi Partiyası adı verilib, İvan Bakanov sədr seçilib. Hazırda İvan Bakanov Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı səlahiyyətlərinin icraçısıdır.

2019-cu il mayın 22-dən Xalq Xidmətçisi Partiyasına Dmitri Razumkov sədrlik edir. 1983-cü il təvəllüdlü Dmitri Razumkov iqtisadçıdır. 21 iyul seçkisində partiyanın proporsional siyahısına başçılıq edərək Ali Radanın deputatı seçilib.

Partiya öz adını 2015-2019-cu illərdə çəkilmiş teleserialdan götürüb. Serialda baş rolu – prezident seçilən müəllim rolunu Vladimir Zelenski oynayıb.

Aclıq edən müsavatçıdan yeni məlumat

  • 26 İyul 2019
  • comments

Yeniliklərin tətbiqi: Azərbaycan 129 ölkə arasında...

  • 26 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda