• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polisdən xəbərdarlıq, Qarabağ Komitəsindən yeni qərar

  • 23 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsi 2018-ci il sentyabrın 29-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) “Qarabağa azadlıq!” devizi ilə sanksiyalaşdırılmış mitinq keçirib. Amma Bakı Şəhər İcra Hakimiyyəti komitənin eyni məkanda noyabrın 24-nə, dekabrın 15-nə, 2019-cu il fevralın 16-na, martın 16-na, mayın 4-nə və iyulun 23-nə təyin etdiyi mitinqlərə razılıq verməyib. İmtina məktublarında qeyd olunub ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Hazırda Qarabağ Komitəsinin İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev, Felmar Ələkbərov və Əlövsət Sadıqov təmsil olunurlar.

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin 23 iyul mitinqi ilə bağlı müraciətinə iyulun 19-da mənfi cavab verib. İyulun 22-də Qarabağ Komitəsinin keçirdiyi müzakirələrdə qeyd olunub ki, 23 iyul, saat 17-18:30 arasına planlaşdırılan mitinqə bu məsələdə səlahiyyətli heç bir rəsmi dövlət qurumu hər hansı qadağa və məhdudiyyət qoymayıb. İdarə Heyəti mitinqin keçirilməsi qərarı qəbul edib.

İyulun 23-ü səhər mitinqin təşəbbüs qrupunun üzvləri Pənah Hüseyn və Tural Abbaslı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onlara bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı qətiyyətlə alınacaq.

Bundan sonra Qarabağ Komitəsinin İdarə Heyəti geniş formatda fövqəladə toplantı keçirib. İdarə Heyətinin üzvü, Qarabağ müharibəsi veteranı İlham İsmayıl Novator.az-a deyib ki, komitə mitinqin əngəllənməsini paytaxt polisinin özbaşınalığı kimi qiymətləndirib, ancaq qarşıdurmaya yol verməmək üçün 23 iyul aksiyasını təxirə salıb: “Qarabağ Komitəsi ölkə konstitusiyasının və qanunlarının normaları çərçivəsində fəaliyyətini davam etdirir və biz dinc kütləvi aksiyalar keçirmək hüququmuzun məhdudlaşdırılmasına həmişəlik dözmək fikrində deyilik. Növbəti addımları müzakirə edib ictimaiyyətə açıqlayacağıq”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Kredit faizlərini nələr qaldırır?

  • 23 İyul 2019
  • comments

Rusiyada mühacirlər nə qədər artıb?

  • 23 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda